“Mülkiyyətçilərin Bələdiyyələrə vergi və əmlak ödəmələri, Azərbaycan Respublikası Qanunlarına dair, eləcədə əmlak vergilərin hesablanması ilə bağlı maariflənmə işinin təşkili” layihəsi vətəndaşların mülkiyyətlə bağlı Vergi məcəlləsində, əsasən mülkiyyətin, xüsusi ev və mənzillərin alğı-satqısı ilə dəyişiklərlə, eləcədə bələdiyyələlə əmlak ödəmələriylə bağlı maariflənməsi işinın aparılmasından, əyani misallarda izahlar və məsləhətlər verməkdən bəhs edir.
QHT –nin yaydığı məlumata görə, Son zamanlar Respublikadanın sosial sahəsində aparılan ciddi islahatlar, Mənzil istismar Sahələrin ləğvi, Dövlət balansında olan yaşayış binaların hüquqi, özünəxidmət obyektlərinə çevrilməsi, mülkiyyətçilərin ev, mülk alğı satqı, əmlak, torpaq vergiləri ilə bağlı müvafiq olan mövcud Qanunlara əlavə, dəyişikliklər ölkənin iqtisadi inkişafına təkan olacaq, Azərbaycanı sivil dövlətlərin səviyyəsinə qaldıracaq. Mülkiyyətlə bağlı vergi, əmlak ödəmələri yerli Bələdiyyələrin fəaliyyəti ilə bağlıdır və belə ödəmələr bələdiyyələrin saxlanmasında, idarə olunmasında böyük töhfə verəcək. Bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”, “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait” hüquqi sənədləri göstərmək olar. Mütəxəssizlərin rəy və fikrincə bu hüquqi sənədlər kifayət qədər müasir, dolğun, zamanın tələblərinə uyğundur. Lakin, vətəndaşların əksəriyyəti hər hansı vergi və ödəmələrə bir mənalı yanaşmır, bəzən bunları soyğunçuluq hesab edir. Bunun da öz izahı və səbəbləri var. Vətəndaşlarla söhbətlər onu göstərdi ki, onlarım bir çoxu bələdiyyələrin tam mahiyyətini, statusunu bilmir, ona aid olan qanunlardan xəbəri yoxdur. Belə olduğu halda vətəndaşlar, xüsusilə də mülkiyyətçilər bələdiyyələrlə ünsiyyət qurmaq, ödəmələr etmək istəmirlər. Sözsüz ki, vətəndaş – bələdiyyə arasında olan problemləri aradan qaldırmaq istiqamətində QHT-lərin rolu danılmazdır. Vətəndaş – bələdiyyə arasında qarşılıqlı müsbət ünsiyyət yaradılmasında QHT vasitəçi, tərəfdaş ola bilər. QHT Bələdiyyələr haqqında, onların statusu, onlara aid qanun, qanunverici aktlar və sərəncamlar barədə maariflənmə işi apara bilər, seminarlar təşkil edə bilər. Və belə işlərin qurulması vacib və zəruridir. Vətəndaş – bələdiyyə münasibətində problemlərdən ən aktualı, bir mənalı qarşılanmayan, şüphə kəsb edən mülkiyyətçilərin yerli bələdiyyələrə əmlak ödəmələridir. Torpaq vergisi ilə artıq onilliklərlə razılaşan mülkiyyətçi, əmlak vergisini qəbul edə bilmir. Elə bu baxımdan mülkiyyətçilərlə, vətəndaşlarla əmlak vergisi və digər ödəmələrlə bağlı izahlı seminarlar keçirərək vətəndaşları maarifləndirmək lazımdır.
Qyed edək ki, layihənin məqsədi “Vətəndaşları Bələdiyyə statusu, ona aid qanunlar haqqında bilgilər vermək;” Vətəndaş – bələdiyyə qarşılıqlı, müsbət ünsiyyətin qurulmasına zəmin yaratmaq, habelə mülkiyyətçilərə əmlak vergi qanunları ilə tanış etməkdir.
Üç ay davam edəcək layihə çərçivəsində görşlərin keçirilməsi nəzərdə tutulur.
Belediyye.info